Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Tottenhem”in futbolçusu Rişarlisonun Braziliyaya qayıtması ilə bağlı danışıqlar müsbət nəticələnməyib.
İdman.Biz Britaniya mediasına istinadən xəbər verir ki, London klubu “Vasko da Qama”nın 29 yaşlı futbolçu üçün göndərdiyi transfer təklifini qəbul edib.
Lakin Rişarlison Rio-de-Janeyro təmsilçisi ilə şəxsi müqavilənin şərtlərini razılaşdıra bilməyib. Vəziyyəti daha da çətinləşdirən məqam Braziliyada transfer pəncərəsinin sentyabrın 12-də axşam saatlarında bağlanmasıdır.
Daha əvvəl bildirilib ki, Rişarlison “Tottenhem”lə müqaviləsinə xitam verərək karyerasını azad agent kimi başqa klubda davam etdirə bilər.
Qeyd edək ki, braziliyalı hücumçu London klubunun İngiltərə Premyer Liqası matçları üçün iştirak ərizəsinə daxil edilməyib və hazırda əsas komanda ilə məşq etmir.