Icma.az bildirir, Xalqcebhesi portalına istinadən. “Geosiyasi və iqtisadi riskləri tamamilə azaldan konkret hər hansı bir iqtisadi mexanizm
Dünyada inkişaf etmiş ölkələr və inkişafda olan ölkələr var.
Hər hansısa bir ölkəni deyə bilmərik ki, tamamilə öz yerli istehsalının sayəsində ölkədaxili təminatını görür, yaxud da ticari tərəfdaşlarının sayı olduqca çoxdur.
Təbii ki, bu, inkişaf etmiş ölkələrdə inkişaf etməkdə olan ölkələrə nisbətən çoxdur.
Lakin hər hansısa bir geosiyasi gərginliyin olması vəziyyətində həmin o inkişaf etmiş ölkələr belə risk qarşısında qalır.
Sadəcə geosiyasi gərginlikdən, iqtisadi risklərdən çox təsirlənən inkişaf etməkdə olan ölkələrdir.
Xüsusilə də Azərbaycan kimi idxaldan asılı qalan, həmçinin dövlət büdcəsinin əsası neftdən gələn gəlirlər hesabına təşkil olunan ölkələrdir.
Bu ölkələrdə risk faktorunu minimuma endirmək üçün valyuta gəlirləri artıq olmalıdır ki, hər hansı bir risk durumunda milli valyutanın dayanıqlığı qoruna bilsin”.