Risklərin İdarə Edilməsi Departamentində Monitorinq şöbəsinin mütəxəssisi | Icma.az
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Təsvir Filialların kredit portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək; Filiallarda verilmiş kreditləri monitorinq etmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək; Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək; Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə); Risk sahəsi üzrə sertifikatların olması üstünlükdür; Təcrübə: Bankda biznes və istehlak kreditləri üzrə minimum 1 illik iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili əla, Rus və Ingilis dilləri yaxşı səviyyədə arzuolunandır; MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər; Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı; Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı; Analitik düşünmə qabiliyyəti; Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması Müraciət üçün daxil olun Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu