Riskli oyun qələbə ilə bitdi: Ərdoğanın dahiyanə həmləsi...

09.12.2024

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın “Politico” nəşri Suriyada Bəşər Əsəd rejiminin devrilməsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uğuru kimi şərh edib.

Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, nəşrin “Əsədin süqutu: qaliblər və uduzanlar” adlı məqaləsində Suriyada baş verənlərdən ən çox qazanan ölkənin Türkiyə olduğu bildirilib.

“Qaliblərdən biri də Prezident Ərdoğandır”, - məqalədə qeyd olunub.

Qələbədə Türkiyənin payına təfərrüatları ilə toxunan “Politico” təhlilinə iqtisadçı Timoti Eşin bu fikrini də əlavə edib: “Türkiyə üçün böyük qələbə - Ərdoğanın dahiyanə həmləsi”.

ABŞ nəşri Ərdoğanın Suriya riskli oyuna getdiyini, amma istədiyi nəticə ilə bitirdiyini yazır:

“Suriyada baş verənlərin çoxu Türkiyə liderinin geosiyasi manevrləri, xüsusən də Əsədin uzun müddətdir uzlaşma təklifini rədd etməsindən narahat olması ilə bağlıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью