Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi 17 milyon avroluq transfer son anda baş tutmadı

01.09.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ayntraxt”ın vingeri Ritsu Doanın Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçidi baş tutmayıb.

Apasport.az xəbər verir ki, tərəflər 28 yaşlı yaponiyalının transferi üçün 17 milyon avro qarşılığında razılığa gəlsələr də, futbolçu şəxsi səbəblərə görə təklifi son anda rədd edib.

Doan Almaniyaya qayıdaraq “Ayntraxt”ın heyətində çıxışını davam etdirəcək. Frankfurt təmsilçisi maliyyə yükünü azaltmaq məqsədilə futbolçunun satışına razılıq versə də, baş məşqçi Adolf Hütter onun komandada qalmasını istəyirdi.

Yaponiya millisinin üzvünün klubla müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir.

Qeyd edək ki, Doan ötən mövsüm Bundesliqada keçirdiyi 31 oyunda 5 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. O, mövsümün ilk turunda “Union”la görüşü buraxsa da, artıq “Auqsburq”la matça hazırlaşır.
 

“Əl-Hilal” Benzema ilə bağlı qərarını verib - RƏSMİ Bredli Barkola rəsmən ”Liverpul”da Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью