River Pleyt İtaliya klubunun hücumçusunu icarəyə götürdü

03.07.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Fiorentina" hücumçusu Lukas Beltranı "River Pleyt"ə icarəyə verməyə razılaşıb. Sport24.az İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.

25 yaşlı argentinalı 2025/26 mövsümündə "Valensiya"da icarə əsasında oynayıb. O, 30 matçda üç qol vurub və iki məhsuldar ötürmə edib.

Beltranın 2023-cü ildə "River Pleyt"dən 19,7 milyon avroya "Fiorentina"ya transferi olub. Onun İtaliya təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı Argentina millisinin keçmiş oyunçusunun transfer dəyərini 8 milyon avro olaraq qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью