Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Argentinanın "River Pleyt" klubunun prezidenti Xorxe Britonun ailəsinə məxsus helikopter qəzaya uğrayıb.
Oxu.Az "Record"a istinadən xəbər verir ki, qəza eniş zamanı baş verib.
Nəqliyyat vasitəsi San-Fernando hava limanının yanında, paytaxt Buenos-Ayresin kənarındakı evin üzərinə çırpılaraq yanıb.
Hadisə zamanı iki nəfərin öldüyü bildirilib.