Riyad Mahrez Qətər klubuna keçməyə yaxındı

02.10.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Riyad Mahrez Qətərin "Əl-Şamal" klubuna keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.

35 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlar yekun mərhələdədir. Əlcəzairli oyunçu iyul ayında "Əl-Əhli"dən ayrıldıqdan sonra azad agent statusundadır.

Ötən mövsüm Mahrez bütün turnirlərdə ümumilikdə 44 oyuna çıxıb, 8 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin bu yay Əlcəzair milli komandasındakı çıxışını başa vurduğunu elan edib.

Qeyd edək ki, "Əl-Şamal" hazırda Qətər çempionatında üçüncü pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью