Rizvan Nəbiyev: AZAL təyyarəsinə görə sığorta ödənişi Azərbaycanın Rusiyadan tələb etdiyi …
Apa.az saytına istinadən Icma.az xəbər verir. Rusiya Xarici İşlər Nazirliyinin sığorta ödənişi ilə bağlı açıqlaması 2024-ci ilin dekabrın 25
Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib.
Sığorta ödənişi və dövlət məsuliyyətinin fərqi Deputat deyib ki, Rusiya Federasiyası tərəfindən qeydiyyata alınmış sığorta şirkətinin AZAL ilə bağladığı müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməsi ilə Rusiya Federasiyasının beynəlxalq hüquqdan irəli gələn dövlət məsuliyyəti və müvafiq dövlət orqanlarının öhdəlikləri tamamilə fərqli mövzulardır: “Sığorta ödənişi Azərbaycanın tələb etdiyi kompensasiyanın təmin edilməsi deyil.
İndi bu açıqlamanın yayılması daha çox ictimai rəyi çaşdırmaq cəhdidir.
Rusiya Xarici İşlər Nazirliyinin bu açıqlaması qəzanın baş vermə şəraitinin, məsələnin mahiyyətinin və səbəbkarların müəyyən olunmasının və bundan irəli gələn aidiyyəti dövlət orqanlarının daşıdığı məsuliyyətin ört-basdır edilməsinə hesablanmış addımdır.
Bu açıqlama Rusiya Federasiyasının suveren hüquqlarını və yurisdiksiyasını həyata keçirdiyi öz hava məkanında təhlükəsizliyi təmin edə bilmədiyinə görə baş vermiş qəzaya görə yaranan məsuliyyəti ört-basdır etmək məqsədi güdür.
Rusiya 1944-cü il Çikago Konvensiyasına, 1971-ci il Monreal Konvensiyasına, eləcə də 1993-cü ildə Azərbaycanla imzaladığı hava əlaqəsi haqqında müqaviləyə əsasən, öz hava məkanında Azərbaycana məxsus hava nəqliyyatı vasitələrinin təhlükəsizliyini təmin etmək öhdəliyinə malikdir.
Bu öhdəlik Rusiyanın aidiyyəti dövlət orqanları tərəfindən təmin edilmədiyindən, kənar müdaxilə nəticəsində ağır nəticələri olan və çoxsaylı insan itkisinə səbəb olan qəza baş verib”.
Tam oxu
Xəbəri oxu