Robbi Uilyams rekorda imza ataraq The Beatles qrupunu geridə qoydu

26.01.2026

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Britaniyalı musiqiçi Robbi Uilyams Böyük Britaniyanın milli hit-paradında birinci yeri tutan albomlarının sayına görə fərdi ifaçılar arasında yeni rekorda imza ataraq, məşhur "The Beatles" qrupunu geridə qoyub.

Oxu.Az xəbər verir ki, bu barədə ölkədə çartların tərtib edilməsinə cavabdeh olan "The Official Charts Company" məlumat yayıb.

"Robbi Uilyams Birləşmiş Krallığın çartlarına ən çox sayda liderlik edən ifaçı kimi "The Beatles"i qabaqlayaraq tarixi yenidən yazıb", - deyə şirkətin məlumatında bildirilir.

Musiqiçinin sonuncu BRITPOP albomu yanvarın 23-də işıq üzü görüb və dərhal milli çarta başçılıq edib. "The Official Charts Company" qeyd edir ki, Uilyamsın bütün solo-albomları arasında yalnız biri hit-paradın zirvəsinə yüksələ bilməyib - bu, 2009-cu ildə çıxan və ikinci pilləyə qədər çatan "Reality Killed The Video Star" albomudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью