Robert De Niroya Şərəf mükafatı təqdim ediləcək

08.04.2025

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Məşhur aktyor Robert De Niroya "Şərəf" mükafatı təqdim ediləcək.

BAKU.WS xəbər verir ki, ona mükafat bu il Fransada təşkil ediləcək Kann Film Festivalında veriləcək.

78-ci dəfə təşkil ediləcək festival mayın 13-də start götürəcək. 

De Niro 14 il əvvəl festivalın münsif kürsüsündə əyləşib. 

Festivalın "Şərəf" mükafatı sonuncu dəfə Meril Strip və Cudi Fosterə təqdim edilib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью