Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Slovakiyanın Baş naziri Robert Fitso sentyabrın 18-də Karpat zirvəsində iştirak etmək üçün Ukraynaya planlaşdırılan səfərini son anda təxirə salıb.
Milli.Az "RBC-Ukraine"yə istinadən xəbər verir ki, səfərin hazırlıqlarının aparıldığı, lakin son mərhələdə ləğv edildiyi bildirilir.
Nəşrin mənbələri Fitsonun Ukraynaya getməkdən imtina etdiyini təsdiqləyib.
"RBC-Ukraine" səfərin baş tutmamasının mümkün səbəbləri arasında Slovakiya Baş nazirinin səhhəti ilə bağlı problemlərin də ola biləcəyini qeyd edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)