Robert Köçəryan saxlanıldı

25.08.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Milli Təhlükəsizlik Xidmətinə aparılıb.

Axar.az xəbər verir ki, bu barədə "Ermənistan" fraksiyasının deputatı Anna Qriqoryan məlumat verib.

Bundan başqa, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Robert Köçəryan və oğlu Levon Köçəryanın evində korrupsiya ilə bağlı cinayətlərə görə axtarışlar aparıldığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью