Robert Köçəryan seçkilərlə bağlı mövqeyini açıqladı: Geri çəkilməyəcəyik

08.06.2026

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ermənistan" blokunun lideri Robert Köçəryan ötən gün keçirilmiş seçkilərlə bağlı bəyanat yayıb.

Teleqraf xəbər verir ki, o, seçkilərin geniş təzyiq, müxalifət üzvlərinin həbsləri, inzibati resurslardan istifadə və seçki pozuntuları şəraitində baş tutduğunu bildirib.

"Seçki nəticələrinə etiraz etmək niyyətindəyik. Hazırda müxalifətdəki həmkarlarımızla gələcək addımları müzakirə edirik", - Köçəryan bildirib.

Onun sözlərinə görə, müzakirələr başa çatdıqdan sonra gələcək addımlar təqdim olunacaq.

"Bir şey dəqiqdir - geri çəkilməyəcəyik və ya səngərimizdən əl götürməyəcəyik" - o, sözünə yekun vurub.

Qeyd edək ki, Ermənistanda iyunun 7-də keçirilmiş səsvermənin nəticələrinə görə, Robert Köçəryanın lideri olduğu “Ermənistan” bloku cəmi 9,94 faiz səs toplayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью