Robert Köçəryan və oğulları BELƏ SAXLANILDI VİDEO

25.08.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanda siyasi gərginlik pik həddə çatıb. Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ölkənin sabiq prezidenti Robert Köçəryana qarşı başladılan cinayət işi ilə bağlı yeni və şok təfərrüatları ictimaiyyətə açıqlayıb.

Avtosfer.az xəbər verir ki, məlumata görə, cinayət işi çərçivəsində ümumilikdə 6 nəfər həbs edilib. İstintaq iddia edir ki, Robert Köçəryan prezident olduğu dövrdə yaxın şəxslərlə əlbir olaraq dövlət əmlakını müxtəlif bəhanələrlə bazar qiymətindən xeyli aşağı qiymətə mənimsəyib və əldə edib.

Bununla yanaşı, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sabiq prezident Robert Köçəryanın və onun böyük oğlu Sedrak Köçəryanın saxlanılma anına dair rəsmi görüntüləri yayıb. Xatırladaq ki, bu gün səhər saatlarından etibarən hüquq-mühafizə orqanları tərəfindən Köçəryanlar ailəsinə məxsus ünvanlarda, o cümlədən digər obyektlərdə irimiqyaslı axtarışlar və əməliyyatlar həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью