Robert Köçəryanın səhhəti pisləşib

26.08.2026

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xocalı qatili tibb müəssisəsinə aparılıb

Məhkəmənin həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatəti əsasında saxlanılan Ermənistanın sabiq Prezidentio Robert Köçəryanın qan təzyiqi yüksəlib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Ona təcili yardım çağırılıb və əlavə müayinə üçün müvafiq tibb müəssisəsinə aparılıb.

Qeyd edək ki, 1992-ci ilin fevralında dinc azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımının əsas təşkilatçılarından və iştirakçılarından olan Köçəryan Xocalı cəlladı kimi tanınır.

Köçəryan dünən saxlanılıb. Ona qarşı üç maddə ilə çinayət işi açılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью