Robert Levandovski bunu bacaran 3cü futbolçu olub

27.11.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında qol sayını 100-ə çatdırıb. Sport24.az xəbər verir ki, polşalı forvard Liqa mərhələsinin 5-ci turunun "Brest"lə oyununda penaltini dəqiq yerinə yetirib.

Bununla da o, ÇL-də 100 qol həddinə çatan 3-cü futbolçu olub. Əvvəllər bu göstəriciyə yalnız Kriştiano Ronaldo (140) və Lionel Messi (129) nail olub. 36 yaşlı futbolçu 100 qolu 125 matçda vurub.

Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda çıxış edən Kərim Benzemanın Çempionlar Liqasında 90 qolu var. Tomas Müller bu turnirdə 54, Kilian Mbappe 49 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью