Robert Levandovski ciddi zədə alıb

14.10.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski Polşa millisinin toplanışı zamanı ciddi zədə alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi məlumat yayıb.

Onun sol bud nahiyəsində ciddi zədə aşkarlanıb. Hücumçunun yaşıl meydanlara qayıdışı müalicənin gedişatından asılı olacaq.

Qeyd edək ki, Levandovski "Barselona"nın heyətində meydana çıxdığı 9 matçda 4 qola imza atıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью