Robert Levandovski ilə Timoteuş Puxaçın isinmə zamanı səmimi görüntüləri VİDEO

28.09.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Polşa futbol millisinin düşərgəsində Robert Levandovski ilə Bakının “Sabah” klubunun müdafiəçisi Timoteuş Puxaçın səmimi görüntüləri yayılıb.

İdman.Biz xəbər verir ki, Polşa yığmasının düşərgəsində lentə alınan görüntülərdə Timoteuş Puxaçla Robert Levandovskinin isinmə hərəkətlərini bərabər etdiyi əks olunub.

Qeyd edək ki, Timoteuş Puxaç təxminən iki ildən sonra Polşa millisinin heyətinə qayıdıb. Müdafiəçi sonuncu dəfə 2024-cü il noyabrın 18-də Millətlər Liqasının Şotlandiyaya qarşı oyununda (1:2) milli formanı geyinib. Həmin qarşılaşmada meydana sonradan daxil olan futbolçu 27 dəqiqə oynayıb.

Timoteuş Puxaç Polşa millisində ümumilikdə 16 oyuna çıxıb.

Polşa millisi qarşıdakı toplanış çərçivəsində Millətlər sentyabrın 28-də səfərdə İsveçlə, oktyabrın 2-də evdə Rumıniya ilə qarşılaşacaq. Oktyabrın 5-də isə Bosniya və Herseqovina ilə cavab oyununa Zeniçada çıxacaq.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью