Robert Levandovski məğlubiyyəti şərh edib

16.04.2025

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Barselona"nın 36 yaşlı hücumçusu Robert Levandovski Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda Dortmund "Borussiya"sına məğlubiyyətdən (1:3) danışıb. Sport24.az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrizio Romano sosial şəbəkə hesabında yazıb:

"Bu matç bütün gənc oyunçularımız üçün yaxşı dərs ola bilər. Çempionlar Liqası Çempionlar Liqasıdır və siz həmişə hazır olmalısınız... 90% və ya 95% yox, yox. "100%".  

Qeyd edək ki, Almaniyada qeydə alınan yenilgi Kataloniya təmsilçisinin 2025-ci ildə ilk məğlubiyyəti idi. "Barselona" yarımfinalında "İnter" - "Bavariya" cütünün qalibi ilə üz-üzə gələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью