Robert Levandovski məşqə getməkdə çətinlik çəkir

05.11.2024

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Barselona"nın hücumçusu Robert Levandovskinin evi ölkədəki güclü daşqınlar nəticəsində zərər görüb. Sport24.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniyada yaşayan polşalı futbolçu yollardakı su səbəbindən məşqə getməkdə çətinlik çəkib.

36 yaşlı ön xətt oyunçusunun həyat yoldaşı sosial şəbəkələrdə evlərinin qarajının su altında qaldığını bildirib.

Qeyd edək ki, son məlumatlara görə, İspaniyada daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev dağılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью