Robert Levandovski Neymara çatdı

26.09.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Barselona"nın polşalı hücumçusu Robert Levandovski daha bir uğura imza atıb. Sport24.az xəbər verir ki, "Ovyedo" ilə matçda (3:1) fərqlənən hücumçu Kataloniya klubunun heyətində 105-ci qolunu vurub.

Bununla da o, qol sayında "Barselona"nın sabiq braziliyalı hücumçusu Neymara çatıb. Levandovski 2022-ci ildən "Barselona"da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir.

Qeyd edək ki, Hans-Diter Flikin rəhbərlik etdiyi "Barselona"ın hazırda 16 xalı var və turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Barselona" növbəti matçını sentyabrın 28-də "Real Sosyedad"a qarşı keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью