Robert Levandovski qeyri müəyyən müddətə sıradan çıxıb

08.08.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 avqust, AZƏRTAC

İspaniyanın “Barselona” komandasının aparıcı futbolçusu Robert Levandovski sıradan çıxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 36 yaşlı hücumçunun sol budunda əzələ ağrıları var. Polşalı forvard bu səbəbdən bazar günü Joan Qamper Kuboku uğrunda İtaliya təmsilçisi “Komo” ilə keçiriləcək matçı buraxacaq.

Təcrübəli futbolçunun hansı tarixdə yaşıl meydanlara qayıdacağı məlum deyil.

Qeyd edək ki, “Barselona” La Liqada yeni mövsümün ilk görüşünü avqustun 16-da “Malyorka”ya qarşı keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью