Robert Levandovski yaşıl meydanlara vaxtından əvvəl dönə bilər

18.08.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı,18 avqust, AZƏRTAC

İspaniyanın “Barselona” komandasının aparıcı futbolçusu Robert Levandovski yaşıl meydanlara vaxtından əvvəl dönə bilər.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, polşalı hücumçunun avqustun 23-də La Liqanın II turunda "Levante" ilə keçiriləcək qarşılaşmada iştirak edəcəyi gözlənilir.

Sol budunda problem aşkarlanan 36 yaşlı oyunçunun zədəsi sürətlə sağalır. Daha əvvəl onun sentyabrın ortalarında komandaya qoşulacağı qeyd olunmuşdu.

Qeyd edək ki, “Barselona” La Liqada yeni mövsümün ilk görüşündə səfərdə “Malyorka”ya 3:0 hesabı ilə qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью