Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Hollivud ulduzu Robert Pattinson 5,3 milyon dollara aldığı evin kreditini hələ uzun illər ödəməli olacaq. Maraqlısı odur ki, aktyorun öz mülkü olsa da, hazırda ailəsi ilə birlikdə kirayə evdə yaşayır.
Qaynarinfo xəbər verir ki, bu barədə “OK! Magazine” nəşri məlumat yayıb.
Noyabrın 16-da yeni Ceyms Bond obrazının ifaçısı kimi rəsmən elan edilən 40 yaşlı aktyor nişanlısı Suki Waterhouse və iki yaşlı qızı ilə birlikdə tez-tez yaşayış yerini dəyişir. Buna səbəb onun çəkiliş qrafikidir. Ailə indiyədək Nyu-Yorkda, Yeni Orleanda və Londonun qərbində yaşayıb. Hazırda isə Beverli-Hillzdə kirayələdikləri malikanədə məskunlaşıblar.
Pattinsonun Hollivud təpələrində yerləşən şəxsi evi də var. O, bu mülkü 5,3 milyon dollara alıb və 2022-ci ildə ev üçün 3 milyon dollarlıq ipoteka krediti götürüb. Aktyorun borcu 2052-ci ilədək, yəni 66 yaşına çatanda tam bağlanması nəzərdə tutulur.
Məlumata görə, Pattinson hər ay kredit üzrə təxminən 13,5 min dollar ödəyir. Kredit müddətinin sonunadək banka faiz şəklində verəcəyi məbləğin isə təxminən 1,9 milyon dollara çatacağı bildirilir.
1939-cu ildə İspaniya müstəmləkə memarlığı üslubunda inşa edilən evdə üç yataq otağı və kiçik hovuz var. Əvvəllər müğənni Bekə və “Gossip Girl” serialının yaradıcısına məxsus olmuş malikanə yoldan canlı hasar və darvaza ilə ayrılır.
Aydın