Robert Pattinsonun toyu olub

09.01.2025

Icma.az, Axsham.az saytına istinadən bildirir.

"Alatoranlıq" filmi ilə məşhurlaşan 38 yaşlı Robert Pattinson Yeni ildən əvvəl ailə qurub.

Axşam.az xəbər verir ki, aktyor 33 yaşlı müğənni Suki Uoterhausla Karib dənizindəki kurort məkanlarının birində toy edib.

Mərasimdə cütlüyün ailə üzvləri və yaxın dostları iştirak edib.

Qeyd edək ki, 2018-ci ildən münasibətdə olan Robert və Sukinin bir övladı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью