Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“İctimaiyyəti əmin etmək istəyirəm ki, təhdidlərin səviyyəsi kəskin şəkildə dəyişməyib”
“Litvanın müdafiə naziri Robertas Kaunasın Rusiyadan artan təhlükə barədə verdiyi açıqlamalar qorxutma və balanssız məlumatlardan başqa bir şey deyil”. AYNA.AZ “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Litvanın Baş naziri Mindauqas Sinkeviçus deyib.
“İctimaiyyəti əmin etmək istəyirəm ki, təhdidlərin səviyyəsi kəskin şəkildə dəyişməyib, təhdidlər sadəcə olaraq mövcuddur”, - deyə hökumət başçısı bildirib.
Qeyd edək ki, 6 avqustda Litvanın müdafiə naziri Kaunas Rusiya dronlarının tezliklə Baltik infrastrukturuna hücum edə biləcəyini bildirmişdi. Müdafiə nazirinin sözlərinə görə, ölkənin kəşfiyyat orqanları dronların Baltikyanı ölkələrə hücum üçün istifadə edilə biləcəyi barədə məlumat alıblar. Siyasətçi həmçinin Rusiyanın əməliyyatda iştirak etdiyini iddia edib.