Roberto De Zerbi: Heç bir panikaya ehtiyac yoxdur

30.08.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Tottenhem"in baş məşqçisi Roberto De Zerbi Premyer Liqanın ikinci turunda evdə "Nyukas"la 0-2 hesablı məğlubiyyəti şərh etdi. Sport24.az xəbər verir ki, italyan mütəxəssis bununla bağlı "BBC Sport"-a açıqlama verib:

"Nəticədən məyus oldum. Düşünürəm ki, ilk qolu buraxmazdan əvvəl "Nyukasl"dan daha yaxşı idik. İlk hissədə topa sahib olmaqda zəif idik. Müdafiəçilər və hücumçular arasındakı boşluq çox böyük idi. Müdafiədə inkişaf edə bilərik, amma bu nəticə ədalətsizdir.

İkinci hissənin əvvəlində çoxlu qol şansı yaratdıq, amma son qərarları verməkdə daha yaxşı olmalıyıq. Nəticədən narazıyam, azarkeşlərimizi məyus etdik". 

Baş məşqçi London təmsilçisinin qarşıdakı turlarda daha yaxşı oyun nümqyiş etdirəcəyinə inandığını da vurğulayıb:

"Əla komanda olmaq üçün çalışırıq. Həqiqətən də bir komandaya çevrildikdə, "Tottenhem"in son iki mövsümünün hekayəsini dəyişə bilərik. Meydanda yaxşı görünmək üçün çalışırıq. Heç bir panikaya ehtiyac yoxdur. Hara getdiyimizi və planımızın nə olduğunu bilirəm. Təkmilləşməli, meydanda çox çalışmalı və oyunçular arasında əlaqəni yaxşılaşdırmalıyıq".

Qeyd edək ki, mövsümün açılış matçında "Tottenhem" "Brentford"a 0-3 hesabla məğlub olub. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью