Roberto De Zerbi uğursuzluğa görə Marsel lə vidalaşır

30.01.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 30 yanvar, AZƏRTAC

İtaliyalı məşqçi Roberto De Zerbi "Marsel" komandasının baş məşqçisi vəzifəsindən getmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, buna səbəb Fransa təmsilçisinin Çempionlar Liqasında mübarizəni dayandırmasıdır. 46 yaşlı çalışdırıcı bununla bağlı rəhbərliyə məlumat verib.

“Marsel” Çempionlar Liqasının liqa mərhələsini 9 xalla 25-ci yerdə başa vurub. Komanda Liqa 1-də 38 xalla üçüncü pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью