Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos karyerası ərzində qazandığı vəsaitin böyük hissəsini itirdiyini açıqlayıb.
QOL.az xəbər verir ki, 53 yaşlı keçmiş müdafiəçi bu barədə “Corriere dello Sport”a danışıb.
“Mənim hesabımı sıfırlayan insanlarla bağlı problemlərim oldu. Agentlər və ailə problemləri səbəbindən futbolda qazandığım hər şeyin 99 faizini itirdim. Bir dəfə mənə bir dəstə sənəd göndərdilər. Həmin sənədlərin mövcudluğundan belə xəbərim yox idi. Məlum oldu ki, bütün əmlakımı itirmişəm.
Həyatımda baş verən bütün mənfi hadisələri gənc futbolçularla bölüşmək istəyirəm ki, onlar da mənim etdiyim səhvləri təkrarlamasınlar”, - deyə Roberto Karlos bildirib.
Qeyd edək ki, Roberto Karlos karyerasını 2015-ci ildə başa vurub. O, daha çox “Real”dakı çıxışları ilə tanınıb. Braziliyalı müdafiəçi Madrid klubunun heyətində 4 dəfə İspaniya çempionu, 3 dəfə Çempionlar Liqasının qalibi olub.
Roberto Karlos Braziliya millisi ilə 2002-ci ildə dünya çempionu, 1997 və 1999-cu illərdə isə Amerika Kubokunun qalibi olub.
Bizi İnstaqramda izləmək üçün kliklə!