Roberto Karlos: O, klub tarixinin ən yaxşı prezidentidir

05.06.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Real"ın əfsanəvi futbolçusu Roberto Karlos klubun hazırkı prezidenti Florentino Peresi dəstəklədiyini açıqlayıb. Sport24.az xəbər verir ki, braziliyalı veteran TVE kanalında yayımlanan "La Revuelta" proqramında çıxışı zamanı qarşıdan gələn prezident seçkiləri barədə fikirlərini bölüşüb.
Roberto Karlos bildirib ki, "Real" kimi böyük bir kluba rəhbərlik etmək hər kəsin bacaracağı iş deyil:
"Seçkilərdə səs verəcəyəm və şübhəsiz ki, Florentino Peresə səsimi verəcəyəm. O, klub tarixinin ən yaxşı prezidentidir. Birlikdə çoxlu uğurlar qazanmışıq və onun əsas məqsədinin hər zaman klubun üzvlərə məxsus qalması olduğunu bilirəm. Bu vədinə də sadiq qalacaq".
Əfsanəvi müdafiəçi əlavə edib ki, "Atletiko" və "Barselona" azarkeşləri arasında Peresin prezident kimi qalmasını istəməyənlər çoxdur:
"Çünki o, titullar qazanır və ən yaxşı futbolçuları komandaya gətirir. Florentino hər şeyi çox yaxşı idarə edir. O bilir ki, bəzi insanlar onun vəzifədə qalmasını istəmirlər. Ancaq Reala rəhbərlik etmək hər kəsin bacaracağı iş deyil".
Roberto Karlos həmçinin futbolçu karyerası ilə bağlı maraqlı etirafı ilə də diqqət çəkib:
"Karyeramı başa vurduqdan sonra öz oyun videolarıma baxmağa başladım. Meydanda etdiklərimə özüm də təəccübləndim. Bu qədər şeyi necə bacardığıma inanmadım".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью