Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

08.06.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 8 iyun, AZƏRTAC

Futbol üzrə İtaliya milli komandasının yeni baş məşqçisinin adı məlum olub.

AZƏRTAC xəbər verir ki, tanınmış insayder Canluka Di Marzionun yaydığı məlumata görə, bu vəzifəyə tanınmış mütəxəssis Roberto Mançini gətirilir.

Aparıcı İtaliya nəşrləri və bir sıra mötəbər idman mənbələri də bu xəbəri təsdiqləyib. Bildirilir ki, tərəflər arasında artıq razılıq əldə olunub. İddiaya görə, Mançini ilə İtaliya Futbol Federasiyası arasında 2030-cu ilə qədər müqavilə imzalanacaq. Təcrübəli mütəxəssisin illik məvacibinin 2 milyon avro təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, Roberto Mançini 2018-ci ildən 2023-cü ilə qədər İtaliya milli komandasını çalışdırıb. Onun rəhbərliyi altında komanda 2020-ci ildə Avropa çempionatının qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью