sport24.az saytına istinadən Icma.az xəbər verir.
Hazırda İtaliya millisinə rəhbərlik edən "Mançester Siti"nin keçmiş baş məşqçisi Roberto Mançini klubla bağlı maliyyə xarakterli ittihamlarla əlaqədar sualları cavablandırıb. Sport24.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
İtaliyalı mütəxəssis 2009-2013-cü illərdə "şəhərlilər"in "sükanı arxasında" olub. Bir neçə gün öncə yayılmış məlumatlara görə, o, klubda işlədiyi müddətdə iki müqaviləyə – biri "Mançester Siti", digəri isə eyni şəxsə məxsus olan BƏƏ-nin "Əl-Cəzirə" klubu ilə bağlanmış müqavilələrə – sahib olub. İddia edilir ki, bu təcrübə Maliyyə "feyr-pleyi" qaydalarından yayınmaq məqsədi daşıyan bir sxem olub.
Mançini yaşananlara belə reaksiya verib:
"Bu, məni narahat edən məsələ deyil, həm də bunda yeni heç nə yoxdur. "Mançester Siti" günahkar deyil. İkili müqavilə məsələsinə gəlincə isə, bu, mənim yox, onların problemidir".
Qeyd edək ki, sentyabrın 25-də müstəqil komissiya "Mançester Siti"ni Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı 115 ittihamdan 114-ü üzrə təqsirli bilib. Bununla belə, konkret sanksiyalar hələ təsdiqlənməyib. Klubun qərardan şikayət edəcəyi gözlənilir.