Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini “Milan”ı çalışdıra bilər.
İdmanxeber.az-ın məlumatına görə, Mançini “Milan”ın baş məşqçisi vəzifəsinə əsas namizədlərdədir. Yayda klub komandanın hazırkı baş məşqçisi Serxio Konseysao ilə əməkdaşlığa son qoymağı planlaşdırır.
Roberto Mançininin son iş yeri ötən ilin oktyabr ayının sonunda tərk etdiyi Səudiyyə Ərəbistanı milli komandası olub.