Roberto Mançini Qətər klubunun baş məşqçisi təyin olunub

13.11.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 noyabr, AZƏRTAC

İtaliyalı tanınmış mütəxəssis Roberto Mançininin yeni iş yeri məlum olub.

AZƏRTAC xəbər verir ki, o, Qətərin “Əl-Sədd” komandasının baş məşqçisi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Roberto Mançini son olaraq Səudiyyə Ərəbistanı millisini çalışdırıb.

Qeyd edək ki, 60 yaşlı mütəxəssis, həmçinin “Mançester Siti”, “İnter”, “Qalatasaray” və İtaliya yığmasında da işləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью