Roberto Mançini Rusiyaya qayıdır?

14.08.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Roberto Mançini “Spartak”ı çalışdıra bilər.

İdman.biz xəbər verir ki, “Sport-Ekspress” nəşrinin yaydığı məlumata əsasən, agentləri 60 yaşlı mütəxəssisi Moskva klubunun baş məşqçisi vəzifəsinə təklif ediblər.

Daha əvvəl "qırmızı-ağlar"ın Deyan Stankoviçin istefası halında namizədləri nəzərdən keçirdikləri bildirilirdi.

İtaliyalı məşqçinin son iş yeri 2024-cü ilin oktyabrında tərk etdiyi Səudiyyə Ərəbistanı millisi olub.

Bundan əvvəl Mançini Rusiyada “Zenit”i çalışdırıb (2017-2018). O, həmçinin İtaliya millisi, “İnter”, “Qalatasaray”, “Mançester Siti”, “Latsio” və “Fiorentina”nın baş məşqçisi olub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью