Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq. (V hissə) Artıq neçə gün idi Dəmir kəndin çayxanasına getmirdi, bilirdi ki, hamı Robiki
Gələn-gedən bu əhvalatdan danışır, hərə bir cür məzələnirdi. Robikin keçiyə də dayı deməsi onu lap əsəbləşdirmişdi.
Uşaqlar gedəndən sonra Dəmir Robiki o ki var danlamışdı: - Axı, sənə deyildi ki, kişilərə dayı deməlisən, heyvana yox, sən nə qanmaz oğlansan!
Robik də utana-utana özünə bəraət qazandırır, bir də belə səhvə yol verməyəcəyini sahibinə çatdırırdı: - Dəmir dayı, valla, qəsdən deməmişəm, çünki keçən dəfə Elgün də demişdi, kimin bığı-saqqalı var ona dayı demək lazımdı.
Keçiyə, başqa bığlı heyvanlara dayı demək olmaz - bax bunu bilmirdim. İndi bildim ki, bu müraciət yalnız insanlar üçündü.
Dəmir Robikə baxıb əsəbi halda başını buladı: - Məni bütün kənddə biabır eləmisən ta, indən belə bildin nolacaq, bilmədin nolacaq.
Robik əlini mehribanlıqla Dəmirin çiyninə qoydu: - Elə demə, Dəmir dayı, hamı bilir ki, günah məndədi, sənin nə günahın?
Sadəcə, adamlar boşboğazlıq eləyirlər. Həə, noolsun, robot bir sözü səhv salıb, burda gülməli nə var ki?