Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Feyenoord"un baş məşqçisi Robin Van Persi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Fənərbağça"ya 5:2 hesabı ilə məğlub olaraq Avropa Liqasına düşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Van Persi oyundan sonra açıqlamalar verib.
O, açıqlamalarında bu sözləri deyib:
"Top bizdə olanda daha sakit ola bilərdik. Müdafiədə pis deyildik. Fənərbağça əks-hücumlarda yaxşı çıxış etdi. Əks halda, müdafiədə o qədər də pis deyildik. Azarkeşlər məni çağırdı. Mən çox xoşbəxt idim. Fənərbağça mənim qəlbimdə xüsusi yer tutur. Bu münasibətlə Fənərbağçaya uğurlar arzulayıram."
Fərid
MİA.AZ