Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Robinyonun oğlu İtaliya klubunda
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
“Cenoa” heyətini yeni oyunçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, A Seriyası təmsilçisi Robinyo Junioru heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı vinger “Santos”dan icarəyə götürülüb. "Cenoa"nın mövsümün sonunda 5 milyon avro ödəyərək onu birdəfəlik transfer etmək hüququ var.
Qeyd edək ki, tam adı Robson de Souza Junior olan oyunçu “Real” və Braziliya millisinin sabiq üzvü Robinyonun oğludur.