“Roborock F25 Ultra” ilə hər ləkəyə eyni yanaşmaq lazımdırmı?

06.11.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Qurumuş qida qalığı ilə mətbəxdəki yağ izinin təmizlənməsi fərqli yanaşmalar tələb edə bilər. “Roborock F25 Ultra” yuyucu tozsoranı buxar və axar isti su rejimlərini bir cihazda birləşdirərək çirklənməyə uyğun seçim imkanı yaradır.

“Roborock” bu kombinasiyanı sənayedə ilk yenilik kimi təqdim edir.

Buxar və isti su ilə fərqli həllər

VaporFlow™ texnologiyası 180°C buxar dalğası ilə qurumuş və inadkar ləkələrin yumşaldılmasına və təmizlənməsinə kömək edir. Bu rejimdə yuyucu vasitə tələb olunmur.

WaveFlow™ yağlı çirklənmələr üçün nəzərdə tutulub. Axar isti suyun 86°C göstəricisi daxili qızdırıcının çıxışında ölçülür; döşəməyə çatan temperaturu bildirmir.

Sınaqlar nə göstərir?

TÜV SÜD sınaqlarında buxar rejimində bakteriyaların ≥99,99% təmizlənməsi və allergenlərin ≥99,9% azaldılması qeydə alınıb. Nəticələr müvafiq olaraq 704012501495-01 və 704012505041-00 nömrəli hesabatlarda göstərilir. İsti su rejimində sınaqdan keçirilmiş bişirmə yağının 100%-i təmizlənib — TÜV SÜD, hesabat 704012500496-01.

SGS-nin 50 sm uzunluğunda 2 000 tüklə apardığı sınaqda cihazın dörd rejimində 0% dolaşma qeydə alınıb — hesabat SHES250100116672. Bu nəticələr göstərilən sınaq şərtlərinə aiddir.

Gündəlik istifadə və qulluq

Model 22 000 Pa HyperForce® sorulma gücünə və 33 N aşağı istiqamətli təzyiqə malikdir. DirTect® sensoru çirklənməni müəyyənləşdirərək sorulma gücünü və su axınını tənzimləyir.

FlatReach® 2.0 cihazın 180° yatmasına imkan verir. Bu vəziyyətdə 12,5 sm gövdə hündürlüyü mebel altına çatmağa kömək edir. “Blue Light” Illumination zəif işıqda xırda hissəcikləri görünən edir, JawScrapers™ isə tüklərin rulona dolanmasının qarşısını almaq üçün nəzərdə tutulub.

İstehsalçının sınaqlarına əsasən, “Auto” rejimində iş müddəti 60 dəqiqəyə qədərdir. Buxar rejimində 20, isti su rejimində 15 dəqiqəyə qədər işləyir. İstifadədən sonra rulon buxar və isti su ilə təmizlənir, 95°C isti hava ilə beş dəqiqədə qurudulur.

Satış məntəqələri və xüsusi təkliflər

“Roborock F25 Ultra”nı “Baku Electronics”, “İrşad”, “Kontakt” və “Technohome” mağazalarından, həmçinin “Baku Electronics”, “İrşad” və “Kontakt”ın rəsmi onlayn mağazalarından əldə etmək mümkündür. Hissəli ödəniş imkanı mövcuddur; şərtlər satıcı tərəfindən müəyyən edilir.

Kampaniya çərçivəsində noyabrın 9-dan etibarən iştirakçı satış şəbəkələrində F25 Ultra xüsusi qiymətlərlə təqdim olunacaq. Xüsusi təkliflər və məhsulla bağlı yeniliklərdən xəbərdar olmaq üçün “Roborock”un rəsmi Instagram (@roborock.az) və TikTok (@roborock.az) hesablarını izləyin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью