Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyada polis robotun 16 yaşlı qıza qarşı hərəkətlərini “cinsi xarakterli hərəkətlər” şübhəsi ilə araşdırır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Köln Polis İdarəsinin açıqlamasında bildirilib.
Məlumata görə, oktyabrın 11-də saat 23:45 radələrində Hohenzollernring və Palm küçələrinin kəsişməsində yerləşən restoranın qarşısında dostları ilə birlikdə dayanan 16 yaşlı qıza arxadan yaxınlaşan, təxminən 1,2 metr hündürlüyündə olan robot ona toxunub və narahatedici hərəkətlər edib. Hadisə ilə bağlı polisə məlumat verilib.
Açıqlamada qeyd olunub ki, robotun 16 yaşlı sahibi və onun 19 yaşlı dostu hadisəni videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar. Əraziyə göndərilən polis əməkdaşları şübhəliləri Maqnus və Hohentsollernrinq küçələrinin kəsişməsində aşkar edib. Robotun avtomobilin baqajına qoyulduğu müəyyənləşib.
Polis robotu və şübhəlilərin mobil telefonlarını müsadirə edib. Hadisə “cinsi xarakterli hərəkətlər” şübhəsi ilə araşdırılır.
Kriminal polisi robotun hadisə zamanı necə işlədiyini və onun hərəkətlərinin hər hansı şəxs tərəfindən qəsdən idarə edilib-edilmədiyini araşdırır.
Əfsanə
“Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin