Robot 5 yaşlı qızın dörd dişini SINDIRDI

24.08.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çinin Syanfan şəhərində robot nümayiş zamanı 5 yaşlı qızın üzünə zərbə endirib. Hadisə nəticəsində uşaq dörd süd dişini itirib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 2025-ci il noyabrın 12-də uşaq bağçası şagirdlərinin Syanfan Elm və Texnologiya Muzeyinə ekskursiyası zamanı baş verib. Lakin hadisə ilə bağlı məlumat yalnız indi, tərəflərin kompensasiya məbləği ilə bağlı razılığa gələ bilməməsi səbəbindən geniş ictimaiyyətə məlum olub.

Məlumata görə, robotun operatoru təhlükəsiz məsafəni düzgün hesablamayıb və robot hərəkət zamanı uşağın üzünə ayağı ilə zərbə endirib.

Zərbədən sonra qızın yuxarı dodağı zədələnib və həkimlər yaranı tikiblər. Uşağın ön dişlərindən biri dərhal qopub, digəri isə boşaldıqdan sonra sonradan düşüb. Diş ətinin zədələnməsi səbəbindən aparılan müalicə zamanı daha iki süd dişi də itib.

Qızın anasının sözlərinə görə, hadisədən sonra uşaq altı aydan çox əsasən maye qidalarla qidalanıb. Diş ətində yaranan iltihab isə mütəmadi olaraq yüksək hərarətə səbəb olub. Bundan əlavə, qızın üzündə çapıq qalıb və anası bunun uşağın psixoloji vəziyyətinə mənfi təsir etdiyini bildirib.

Hadisədən doqquz aydan çox vaxt keçməsinə baxmayaraq, tərəflər kompensasiya məsələsində razılığa gələ bilməyiblər. Muzey, uşaq bağçası və robot şousunun təşkilatçıları tibbi xərcləri ödəməklə yanaşı, məhkəmədənkənar razılaşma çərçivəsində ailəyə əlavə 20 min yuan təklif ediblər.

Ailə isə müalicə, nəqliyyat, gələcəkdə çapığın aradan qaldırılması və dişlərin müalicəsi xərclərini nəzərə alaraq 150 min yuan məbləğində birdəfəlik kompensasiya tələb edir.

Tərəflər arasındakı əsas fikir ayrılığı hələ həyata keçirilməmiş prosedurlar, o cümlədən estetik bərpa və gələcək diş müalicəsi üçün nəzərdə tutulan xərclərlə bağlıdır.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью