Robot Boltdan sürətli qaçdı, amma dayana bilmədi Video

18.08.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Robot Boltdan sürətli qaçdı, amma dayana bilmədi - Video

Çinin “Unitree” şirkətinin hazırladığı robot sürət göstəricisi ilə diqqət çəkib.

QOL.az xəbər verir ki, robot qaçış zamanı maksimum 12,66 metr/saniyə sürət yığıb. Useyn Bolt 100 metr üzrə dünya rekordunu müəyyənləşdirdiyi qaçışda maksimum 12,42 metr/saniyə sürətə çatmışdı.

Beləliklə, Çin robotunun qeydə alınan maksimal sürəti əfsanəvi yamaykalı sprinterin göstəricisini üstələyib.

Lakin robotun hələ bir problemi var: yüksək sürət yığdıqdan sonra düzgün şəkildə dayanmağı tam bacarmır.

Qeyd edək ki, bu göstərici robotun 100 metri Boltun dünya rekordundan daha tez qaçması demək deyil. Müqayisə yalnız onların çatdığı maksimal sürətə aiddir. Boltun 100 metr üzrə dünya rekordu 9,58 saniyədir.

View this post on Instagram

A post shared by QOL.az - Football/sports news (@qolaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью