Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10.11.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 

Kaliforniya Texnologiya İnstitutunun (Caltech) alimləri tərəfindən hazırlanan robot kosmosda astronavtların köməyi olmadan konstruksiyanın bir hissəsini yığmağa nail olub.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Caltech-in məlumatına istinadən xəbər yayıb.

Layihə ABŞ Müdafiə Qabaqcıl Tədqiqat Layihələri Agentliyinin (DARPA) dəstəyi ilə həyata keçirilib. Robot xüsusi mexaniki qol vasitəsilə konstruksiya borularını və birləşdirici elementləri götürərək onları bir-birinə bərkidib.

Sınağın məqsədi orbitdə diametri 1,4 metr olan reflektor antenanın yığılması idi. Texniki problemlər səbəbindən antenna tamamlana bilməsə də, robot konstruksiyanın ilkin hissəsini uğurla qurub.

Alimlər hesab edirlər ki, belə texnologiyalar gələcəkdə böyük kosmik teleskopların, rabitə antenalarının və orbitdə Günəş enerjisi sistemlərinin yaradılmasına imkan verə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью