Robot müəllimlər işə götürülür: Saatına 48 dollar

03.11.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnsanabənzər robotların fabriklərdə və gündəlik həyatda fəaliyyət göstərə bilməsi üçün onlara insan tərəfindən yeni bacarıqların öyrədilməsinə ehtiyac artır.

“Cebheinfo.az” xəbər verir ki, Çinin texnologiya şirkəti “Spirit AI” gündəlik və sənaye işlərini qeydə almaq məqsədilə təxminən 1000 nəfəri işə götürüb. Şirkət toplanan məlumatlardan robotların təlimində istifadə edir. “Robot müəllimliyi” adlandırılan bu işdə çalışanlar xüsusi kameralar və hərəkət sensorları vasitəsilə eyni tapşırıqları dəfələrlə yerinə yetirirlər. Sistemlər insanların əl hərəkətlərini, əşyaları necə tutduqlarını və onlara tətbiq etdikləri qüvvəni qeydə alır. Şirkətlər bu məlumatlar əsasında robotlara yeni tapşırıqları yerinə yetirməyi öyrətməyi hədəfləyirlər.

Çində dövlət dəstəyilə fəaliyyət göstərən robot təlim mərkəzlərinin sayı da artır. Bu mərkəzlərdə çalışanlar paltar qatlamaq, masanı silmək, qutuları daşımaq və məhsulları qablaşdırmaq kimi işləri yüzlərlə dəfə təkrarlayırlar. Bu proses zamanı toplanan məlumatlar robotların müxtəlif ölçüdə və fərqli mövqelərdə olan əşyalarla işləməyi öyrənməsinə kömək edir.

Hindistanda da bu il bir fabrikdə çalışanların dəsmal qatlamaq və qutuları düzmək kimi işləri yerinə yetirərkən xüsusi məlumatqeydiyyat başlıqları taxdıqları müşahidə olunub. Toplanan qeydlər daha sonra süni intellekt laboratoriyalarına göndərilir. ABŞ-nin texnologiya şirkəti “Tesla” da insansı robotu “Optimus”un təlimi üçün saatı 48 dollar ödənilən işçilər cəlb etmişdi. Təxminən 50 nəfərin xüsusi geyimlər və virtual reallıq eynəkləri vasitəsilə hərəkətləri qeydə alınırdı. 

Əfsanə 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью