Robot rəssamın ilk əsəri fantastik qiymətə satıldı

08.11.2024

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

İngilis riyaziyyatçısı Alan Turinqin portreti Nyu-Yorkda hərracda satılan ilk robot tərəfindən yaradılmış rəsm olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, əsər 1,32 milyon dollara satılıb.

Hündürlüyü 2,2 metr olan Alan Turinqin portreti Ai-Da tərəfindən yaradılıb. Ai-Da, rəsm janrında çalışan ilk hiper-realist robot rəssamdır.

Hərracın nümayəndələri tablonu 120 min ilə 180 min dollar arasında qiymətə satmağı planlaşdırblar. Kətan üzərində 27 təklif yerləşdirilib. Nəticədə rəsm 1,32 milyon dollara satılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью