Robot rəssamın portreti hərracda 1 milyon avroya satıldı | Icma.az
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Robot sənətçinin Turing portreti 1 milyon avroya satılaraq tarixə düşüb.
Valyuta.Az xəbər verir ki, müasir kompüter elminin atası Alan Turingi təsvir edən süni intellekt robotunun əsəri açıq hərracda 1.084.800 ABŞ dolları (1 milyon avro) qiymətinə satılaraq tarixə düşüb.
"Sotheby’s" hərrac evi, "A.I. God" adlı rəqəmsal əsərin 27 təklif aldığını və gözləniləndən çox yüksək qiymətə satıldığını açıqlayıb.
Əvvəlcə əsərin 120.000 dollar (113.000 avro) ilə 180.000 dollar (169.000 avro) arasında satılacağı gözlənilirdi.
Dünyanın ilk realistik humanoid robot rəssamı "Ai-Da" tərəfindən yaradılmış bu tablo, bir humanoid robotun hərracda satılan ilk əsəri olaraq bir dönüm nöqtəsi hesab edilir.
Hərrac evi bu satışın "qlobal sənət bazarında yeni bir dövr açdığını və humanoid robotun sənət əsəri üçün hərrac meyarını müəyyən etdiyini" bildirib.
"Euronews Culture" hərracdan öncə "Ai-Da" və yaradıcısı Aidan Meller ilə onlayn müsahibə aparıb.
Tam oxu
Xəbəri oxu