Robot təqdimat zamanı qəfil yıxıldı ANBAAN VİDEO

26.07.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Texnologiya şirkəti Qualcomm-un Dragonwing IQ10 robototexnika platformasının təqdimatı zamanı gözlənilməz hadisə baş verib.
Bizim.Media xəbər verir ki, səhnədə çıxış edən natiqin yanında dayanan humanoid robot qəfil söndürülərək yerə yıxılıb.
Məlumata görə, robot tamamilə sönməzdən əvvəl qısa müddətlik sanki yenidən aktivləşib, hətta əlini qaldırıb. Lakin dərhal sonra yenidən fəaliyyətini dayandıraraq səhnəyə yıxılıb.
Şirkət əməkdaşları robotu qısa zamanda səhnədən uzaqlaşdırıblar. Aparıcı isə baş verən nasazlığa baxmayaraq təqdimatı davam etdirib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb. İstifadəçilər bunu zarafatla "maşınların üsyanı hələlik təxirə düşdü" ifadəsi ilə şərh ediblər.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью