Robotik cərrahi əməliyyatlar ənənəvi əməliyyatlardan BAHA olacaq

22.01.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Yeni Klinikada ölkə tarixində ilk dəfə robotik cərrahi əməliyyatın icrasından sonra media nümayəndələri üçün brifinq keçirilib.
Bizim.Media xəbər verir ki, brifinqdə TƏBİB-in icraçı direktoru Vüqar Bayramov çıxış edərək robotik cərrahiyyənin tətbiqinin səhiyyə sisteminə gətirdiyi üstünlüklər, texnoloji imkanlar və gələcək planlar barədə məlumat verib.
Bildirilib ki, Yeni nəsil “MedBot” robotik cərrahiyyə sistemi əməliyyatların məsafədən idarə olunmasına imkan verir. Real vaxt rejimində digər ölkələrin mütəxəssisləri platformaya qoşularaq əməliyyat prosesində iştirak edə, məsləhət və texniki dəstək göstərə bilirlər.
 

Qeyd olunub ki, təhlükəsizlik mexanizmləri yüksək səviyyədə qurulub – robotda hər hansı texniki nasazlıq yarandığı halda sistem avtomatik olaraq dərhal dayanır. Bu da əməliyyat zamanı pasiyentin təhlükəsizliyini tam təmin edir. Platforma üzərindən ilk robotik cərrahi əməliyyat artıq uğurla həyata keçirilib.


Məlumata görə, ilkin mərhələdə öd kisəsi əməliyyatı icra olunub və nəticələr qənaətbəxş qiymətləndirilib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью