Robotlar arasında futbol turniri

30.06.2025

525.az saytına istinadən Icma.az xəbər verir.

Maraqlı yarış Çində təşkil olunub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, turnirdə insanların kənardan idarə etmədiyi robotlardan ibarət bir neçə komanda mübarizə aparıb.
1,2-1,5 metr boyunda olan robotlar süni intellektin köməyilə top qovublar. Hər komandada 3 robofutbolçu olub. 

Təbii ki, robotlar insanlarla müqayisədə çox ləng olublar. Üstəlik, müəyyən məqamlarda, əsasən də yıxılanda insanların köməyinə ehtiyac yaranıb. Hər halda, bu turnir test xarakterli olmaqla avqustda Pekində təşkil olunacaq Roboidmançıların  Ümumdünya Oyunlarına hazırlıq məqsədilə təşkil edilib. 

Yeri gəlmişkən, sözügedən turnirin qalibi Sinxua Universitetinin "Fire God" komandası olub. "Fire God" finalda Kənd Təsərrüfatı Universitetinin "Shanhai" komandasını 5:3 hesabı ilə məğlub edib.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью